Rusiya-Gürcüstan sərhəddində 6 KİLOMETRLİK NÖVBƏ

19:38 23.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan etdikdən sonra ölkəni tərk edərək Gürcüstana keçməyə cəhd edən ruslar sərhəd qapısında 6 kilometrlik növbə yaradıblar.

Hafta.az bildirir ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan etdikdən sonra çaxnaşma davam edir. Hərbi xidmətə çağırılma qorxusu ilə Rusiyanı tərk edənlər Türkiyə, Ermənistan, Gürcüstan, Azərbaycan və qonşu ölkələrə üz tuturlar. Minlərlə Rusiya vətəndaşı avtomobil yolu ilə Gürcüstana axışıb.

Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” Sərhəd Qapısında 6 kilometrlik avtomobil növbəsi yaranıb. Sərhəd nəzarəti gücləndirilib, bəzi Rusiya vətəndaşları uzun növbələr və tıxac səbəbindən maşınlarında gecələməli olublar. Bəzi rusların gecə saatlarında skuter və velosipedlə sərhədi keçdiyi bildirilsə də, qısa müddət sonra bunun qadağan edildiyi öyrənilib.

Müxalifət partiyaları və qeyri-hökumət təşkilatları Rusiyanın Ukraynaya hücumundan sonra iyulda 156 min, avqustda isə 260 min nəfərin gəlməsinə reaksiya verərək, hökuməti “ruslar üçün viza müraciəti” çağırışı edib. Hökumət rəsmiləri tələbi rədd edib.

Oxunma sayı 2111