Rusiya hərbçiləri Ağdamın bu kəndində ermənilərə uşaq bağçası tikir -FOTOLAR

12:48 09.12.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan torpaqlarında müvəqqəti(!) və heç bir beynəlxalq mandatı olmadan dislokasiya edilmiş Rusiyanın "sülhməramlı" adlanan  hərbi kontingenti  öz funksiyalarından kənar qanunsuz işlər görməkdə davam edirlər. 

Hafta.az xəbər verir ki, erməni mənbələrinin yaydığı məlumata görə, torpaqlarımızdakı “sülhməramlı”lar  ““Biz birik” çoxmillətli layihəsinin könüllülərinin köməyi ilə” Ağdam rayonunun işğal altındakı Kiçan adlandırılmış Ballıqaya kəndində “uşaq bağçasının yenidən qurulmasından ötrü tikinti materiallarının çatdırılması üçün humanitar aksiya keçirib”.

Uşaq bağçasının yenidən qurulmasının koordinatoru və təşəbbüskarı rusiyalı aktyor və rejissor Ararat Keşyandır.

Zəruri arayış və xatırlatma:

Ermənilərin “Kiçan” adlandırdığı Ballıqaya yaşayış məntəqəsi Azərbaycan Respublikasının Ağdam rayonunun Sırxavənd kənd inzibati ərazi dairəsində kənddir. 29 dekabr 1992-ci ildə Kican kəndi Ballıqaya adlandırılmışdır.

Kənd sovet dövründə Ağdərə (“Mardakert”) rayonunun tərkibində olub. 1992-ci Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra Ballıqaya Ağdam rayonunun ərazisinə düşüb.

2020-ci il 10 noyabr razılaşmasına əsasən noyabrın 20-də Ağdam rayonun bütün ərazisindən erməni hərbi birləşmələri çıxarılmalı olsa da, sovet dövründə Ağdərə rayonuna aid olan digər kəndlər kimi bu kənd də Rusiya hərbi kontingentinin himayə etdiyi ermənilərin işğalı altında qalıb.

Təəssüf ki, Ağdama aid “Vikipediya” məlumatlarında rayonun bütün ərazisinin işğaldan azad edildiyi haqda yalan məlumat verilir...

Oxunma sayı 1968
Gündəm rubrikasından digər xəbərlər