Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya ötürülən “HIMARS” reaktiv yaylım atəş sistemlərinin məhv edilməsi ilə bağlı şayiələrini təkzib edib.
Hafta.az “UNİAN”-a istinadal xəbər verir ki, bu barədə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli "CNN"-ə istinadla məlumat yayıb.
“Bu günə qədər onlara təqdim etdiyimiz “HIMARS”... Bu sistemlər ruslar tərəfindən məhv edilməyib.
Milli daha sonra Ukraynanın hədiyyə edilmiş raket sistemlərindən necə istifadə etdiyini ətraflı izah etdi.
“Ukraynalılar bu "HIMARS"-lardan Rusiyanın komanda və idarəetmə mərkəzlərinə, onların logistik şəbəkələrinə, səhra artilleriyasına və aviasiyasına qarşı obyektlərin axtarışı və bir çox başqa məqsədlər üçün səmərəli istifadə edirlər”.
O, ukraynalı artilleriyaçıları səmərəli işlərinə görə yüksək qiymətləndirib.
“UNIAN”-ın bir müddət öncə yazdığı kimi, Amerika Birləşmiş Ştatları artıq 200 Ukrayna əsgərinə "HIMARS" raket artilleriya sistemlərindən istifadə etmək üçün təlim keçib. Bundan əlavə, Pentaqon "HIMARS" üçün 80 km-ə qədər məsafədə hədəfləri vura bilən "GMLRS" mərmilərinin tədarükünü elan edib.