Yazını böyüt
Yazını kiçilt
Rusiyada bir dizayn bürosu istifadə olunan materiallardan 3D printer ilə istehsal edilən pilotsuz uçuş aparatının layihələndirilməsinə başlayıb.
Hafta.az-ın “Nezavisimaya qazeta”ya istinadən yazdığına görə, təyyarə tipli hava maşınının hərbi məqsədlər üçün istifadə edilməsi planlaşdırılır.
Dizayn bürosunun nümayəndəsi Andrey Bratenkov hazırda montaj mərhələsində olduqlarını və dekabrda uçuş sınaqlarına başlayacaqlarını bildirib. Bratenkov planlaşdırılan uçuş məsafəsini 30 kilometr olaraq açıqlayıb.
İHA-nın da Bayraktar kimi "hücumçu" tipli olacağı bildirilir.