Almaniyanın federal daxili işlər naziri Nensi Fezer Rusiya prezidenti Vladimir Putini hibrid müharibədə ittiham edir.
Hafta.az xəbər verir ki, bu haqda Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
İnformasiyaya görə, nazir bu həftə istiqamətlərindən biri Rusiya casusluğu olan konstitusiyanın müdafiəsi üzrə iş haqqında hesabat təqdim edəcək.
Qəzetə verdiyi şərhdə N.Fezer Almaniyanın "özünü müdafiə etdiyin və i fəaliyyət göstərdiyini" söyləyib. Buna görə də Berlin Rusiya səfirliyinin casus hesab etdiyi 40 əməkdaşını ölkədən çıxarıb.
“Bild” yazır ki, telefonların dinlənilməsi təhlükəsinin qarşısı alınmayıb. Konstitusiyanın mühafizəsi üzrə federal agentlik dövlət qulluqçularına və siyasətçilərə xəbərdarlıq edib ki, “xüsusilə Berlindəki hökumət məhəlləsi kimi həssas yerlərdə dinləmə riskləri və icazəsiz məlumat sızması riski realdır və onları qiymətləndirməmək olmaz”.
Bundestaqın pəncərələrindən aydın görünür ki, Rusiya səfirliyinin damında məlumat toplamaq üçün istifadə oluna bilən antena quraşdırılıb. Qəzet qeyd edir ki, bu səbəbdən Almaniya parlamentinin təhlükəsizliklə bağlı komitələrinin üzvləri işlədikləri binaları dəyişiblər.