Rusiya MDB miqrantları üçün Çin və BƏƏ ilə rəqabət aparır

11:32 13.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrindən Rusiyaya işləmək üçün gələnlərin sayı azalsa da, müxtəlif ölkələrin bu immiqrantları cəlb etmək üçün rəqabət apardığı bildirilir.

Hafta.az-ın yazdığına görə, Rusiya Elmlər Akademiyası Demoqrafiya İnstitutunun direktoru Marina Xramova bildirib ki, son vaxtlar Rusiya, Çin, Avropa İttifaqı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər MDB ölkələrindən əmək miqrantlarını cəlb etmək üçün rəqabət aparır.

Rusiyanın bu şərtlər daxilində ölkə bazarının cəlbediciliyini artırmaq üçün tədbirlər görməli olduğunu bildirən akademik, “Rusiyanın indi immiqrantlar, xüsusilə də ixtisaslı mühacirlər üçün mübarizə aparması lazımdır. Onlara yaxşı iş şəraiti, maaş və imtiyazlar təklif etmək lazımdır” deyib.

Xramova qeyd edib ki, Rusiyada son vaxtlar artan işçi çatışmazlığı səbəbindən yerli və xarici mühacirlər üçün rəqabət artmaqdadır.