Rusiya MN: Ukrayna tərəfi dronla Zaporojye AES-ə hücuma cəhd edib

14:49 29.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Silahlı Qüvvələrinin yüksək dəqiqlikli silahlarla endirilmiş zərbə nəticəsində Marqanets bölgəsində Ukraynanın “Aydar” “Azov” silahlı birləşmələrinim 100-dən çox silahlısı öldürülüb.

APA-nın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ötən sutka ərzində Rusiya Hava Kosmik Qüvvələri Zaporojye vilayətində və "DXR" -də Ukraynanın iki Su-25 təyyarəsini vurub.

 "Rusiya Hava Kosmik Qüvvələri Dnepr bölgəsindəki komanda məntəqəsinə və Xerson ətrafındakı silah anbarına endirdiyi zərbələrlə 70-ə qədər millətçini məhv edib. Rusiya Silahlı Qüvvələri Artemovsk vilayətində 53-cü mexanikləşdirilmiş briqadanın və Kraken birləşməsinin 30-dan çox üzvünü məhv edib, 50-dən çoxunu yaralayıb. Rusiya hava hücumundan müdafiə qüvvələri ötən gün ərzində Ukraynanın altı pilotsuz uçuş aparatını, üç “Toçka-U” ballistik raketini və 21 “Olxa ” və “HIMARS” reaktiv yaylım atəşi sisteminin mərmisini vurub", deyə Rusiya MN-nin yaydığı məlumatda qeyd olunub.

Rusiya Müdafiə Nazirliyi Ukrayna tərəfini Zaporojye Atom Elektrik Stansiyasına (AES) dronla hücum etməyə cəhddə ittiham edib: "Ukrayna Silahlı Qüvvələri PUA ilə Zaporojye AES-ə hücum etməyə cəhd göstərib, nəticədə həmin PUA nüvə tullantılarının yerləşdiyi korpusun yanında vurulub. Zaporojye AES-in əməkdaşları stansiyanın vəziyyətinə nəzarət edir, radiasiya vəziyyəti normada qalır".