Rusiya Münhen təhlükəsizlik konfransına dəvət edilməyib

19:15 22.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Deutsche Welle” xəbər verir ki, forumun yeni sədri, alman diplomatı və keçmiş kansler Angela Merkelin keçmiş müşaviri Kristof Heusgen Rusiyanın 2023-cü ilin fevralında keçiriləcək illik Münhen Təhlükəsizlik Konfransına dəvət edilməyəcəyini bildirib.

“2023-cü il konfransına Rusiya rəsmiləri dəvət edilmir. Biz onlara təbliğat platforması verməyəcəyik. Biz Rusiyanın gələcəyini Rusiya müxalifətinin liderləri və sürgünlərlə müzakirə etmək istəyirik - ONLARIN səsi eşidilməli və gücləndirilməlidir” deyə Heusgen Twitter mikrobloqunda yazıb.

Münhen Konfransı beynəlxalq təhlükəsizlik üzrə ən nüfuzlu beynəlxalq forumlardan biridir, burada onlarla ölkədən dövlət, hökumət başçıları, nazirlər, tanınmış siyasətçilər və ictimai xadimlər iştirak edirlər. Konfransın saytında deyilir ki, iştirakçılar “müttəfiqlik dərəcəsini və qanunun aliliyinə əsaslanan beynəlxalq nizama siyasi öhdəliyi” qiymətləndirmək imkanı əldə edəcəklər.