Rusiya nefti Türkiyə vasitəsilə Yunanıstana göndərilir

10:48 20.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Avropa İttifaqı ölkələri Rusiya neftini Türkiyə üzərindən idxal etməklə öz qadağalarını pozur”.

Hafta.az-ın yazdığına görə, bu iddia Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzi olan CREA-dan gəlib.

Araşdırmanı xəbər verən Rusiya hökumət qəzeti “Rossiyskaya qazeta” xatırladır ki, Aİ-nin qəbul etdiyi sanksiya qərarlarına görə, üçüncü ölkələrdən alınan neftdə Rusiya neftinin payı 50 faizi keçməməlidir. Lakin Aİ ölkələrinin Türkiyədən aldığı neftdə Rusiya neftinin payının bu nisbətdən xeyli yüksək olduğu iddia edilir.

CREA-nın araşdırmasına son bir ildə Ceyhan, Mərmərə Ereğlisi və Mersin limanlarından 3,1 milyard avro dəyərində Rusiya neft məhsullarının Avropaya göndərildiyi iddiası da daxildir.

CREA analitikləri iddialarına sübut kimi 2023-cü ilin may ayında Toros Ceyhan terminalına Rusiyadan gələn 27 min ton qaz neftinin 10 gün sonra Yunanıstana satıldığını göstərir.

2023-cü ildə Rusiyadan ən çox neft məhsulu alan ölkə Türkiyə olub.

Oxunma sayı 161