Rusiya prezident seçkiləri Ukraynanın işğal olunmuş ərazilərində də keçiriləcək

15:09 11.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkilərində səsvermənin hərbi vəziyyətin qüvvədə olduğu “yeni bölgələrdə” keçirilməsi barədə qərar qəbul edib.

Rusiya hakimiyyəti Rusiyanın qismən işğal olunmuş rayonlarını “yeni bölgələr” adlandırır.

Rusiyada prezident seçkiləri martın ortalarında keçiriləcək.

MSK iddia edir ki, o, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində səsvermə ilə bağlı Rusiya Müdafiə Nazirliyi və FSB, habelə işğalçı hakimiyyət orqanları ilə məsləhətləşmələr aparıb. Ötən ilin oktyabrında Moskva tərəfindən orada hərbi vəziyyət elan edilib.