Rusiya son üç gündə Ukraynada daha bir neçə POLKOVNİKİNİ İTİRDİ - RƏSMİ ETİRAF

19:25 14.07.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynada hərbi toqquşmalar zamanı Volqoqraddan olan 20-ci Qvardiya motoatıcı diviziyasının komandir müavini Sergey Kens öldürülüb.

Hafta.az xəbər verir ki, bu barədə “RİA Novosti” “Tayfun” Ümumrusiya Dəniz Piyadaları İctimai Təşkilatına istinadən yazır.

Polkovnik Kensin iyulun 10-da döyüş tapşırığını yerinə yetirərkən həlak olduğu bildirilir. Onun 42 yaşı var idi.

Həmçinin döyüş əməliyyatları zamanı Yunarmiya-nın Volqoqrad bölməsinin rəisi Denis Xaritonov, 20-ci Qvardiya motoatıcı diviziyasının komandiri Aleksey Qorobets və onun müavini Aleksey Avramçenko həlak olub.