Rusiya SSRİ-ni bərpa etmək istəyir - Podolyak

12:33 24.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak iddia edir ki, Rusiya Ukraynanı bir dövlət kimi məhv etmək, sonra isə SSRİ kimi bir şeyi dirçəltmək istəyir. O, bu barədə Polşa mətbuat agentliyinə müsahibəsində bildirib.

“Rusiya Sovet İttifaqını yenidən yaratmaq istəyir və Ukraynanın müstəqilliyinə yer yoxdur. Daha çox deyəcəyəm: bu, ərazi uğrunda müharibə deyil. Bəlkə haradasa onlar bunu tam başa düşmürlər, amma bu, Rusiyanın Avropada total dominantlıq hüququ uğrunda müharibədir”, - deyə o bildirib.
Podolyak həmçinin qeyd edib ki, Ukraynada müharibənin başlanmasının ildönümündə Kiyev mühüm infrastruktur obyektlərinə və “şəhərlərə” raket zərbələri endirilməsini gözləyir.

Podolyak onu da bildirib ki, xarici tərəfdaşların köməyi olmasaydı, “Ukrayna mübarizəsi” çox çətin olardı. “Biz çox minnətdarıq və bunlar sadəcə söz deyil, çünki biz inanırıq ki, ilk günlərdə Böyük Britaniya, Polşa və Litvanın mövqeyi olmasaydı, Avropada Ukraynaya bu cür həmrəylik dəstəyi yaratmaq bizim üçün daha çətin olardı”.