Rusiya Trampa sığınacaq verməyə hazırdır

17:52 05.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya ABŞ-ın keçmiş prezidenti Donald Trampın siyasi sığınacaq istəyinə baxmağa və Tramp xahiş edərsə, onu verməyə hazırdır. Bunu Dövlət Dumasının deputatı Mariya Butina deyib.

“Əgər Tramp siyasi sığınacaq istəsə, təbii ki, Rusiya bu müraciətə baxacaq. Rusiya Trampı mübadilə edə bilərmi? Rusiyanın kifayət qədər öz vətəndaşları var, biz indi onların müdafiəsinə qalxırıq, o cümlədən mübadilə çərçivəsində. Onların bir çoxu ABŞ-da tamamilə qondarma ittihamlarla həbs edilir. Ona görə də Trampla fikir irəli sürməzdən əvvəl danışacağımız biri var”, - Butina bildirib.