Rusiya üç adda təyyarələrin istehsalını təxirə salır

09:34 20.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya hökuməti aviasiya sektorunun 2030-cu ilə qədər inkişafı üzrə kompleks proqrama dəyişikliklər edib. Bu dövrdə istehsalı planlaşdırılan təyyarələrin sayı 90-dan çox azalaraq 990-a enib.

Hafta.az-ın yazdığına görə, Rusiya Sənaye və Ticarət Nazirliyi istehsal olunması planlaşdırılan magistral təyyarələrin sayının eyni səviyyədə qaldığını qeyd edib.

Ümumi istehsal 2030-cu ilə qədər cəmi 990 təyyarənin istehsalı planlaşdırılır, hansı ki, əvvəllər 1081 ədəd istehsal nəzərdə tutulurdu.

İdxalla əvəzlənmiş qısamüddətli SSJ-New-in sertifikatlaşdırılması 2023-cü ildən 2025-ci ilə təxirə salınıb. İlk tədarüklər 2026-cı ilə köçürüldü. İstehsal olunan təyyarələrin sayına dair təxminlər dəyişməz qalıb - 142 ədəd.

İlk orta mənzilli MS-21-310-un istehsalı 2024-cü ildən 2025-ci ilə keçirilib. İstehsal olunan təyyarələrin sayına dair təxminlər dəyişməz qalıb - 270 ədəd.

Köhnə An-24 və An-26-nı əvəz edəcək İl-114-ün tədarükü 2023-cü ildən 2026-cı ilə qədər təxirə salınıb. İlk üç təyyarənin 2026-cı ildə, ardınca isə 2030-cu ilə qədər hər il 12 təyyarənin təhvil verilməsi planlaşdırılır. Ümumi istehsal həcmi 51 təyyarə təşkil edəcək (əvvəllər 70 təyyarənin istehsalı planlaşdırılırdı).

Proqnozlaşdırılan Tu-214 istehsalı 115 təyyarədən 114-ə endirilib. 2024-cü ildə yeddi əvəzinə bir təyyarə, 2025-ci ildə isə on yerinə dörd təyyarə istehsal olunacaq.

“Ladoga” sərnişin təyyarəsinin sertifikatlaşdırılması 2024-cü ildən 2027-ci ilə qədər təxirə salınıb. İlk tədarüklər üçün son tarix 2025-ci ildən 2028-ci ilə köçürülüb və sayı 140-dan 105-ə endirilib.

Doqquz nəfərlik “Baykal”ın istehsal sayı 154-dən 139-a endirilib. İlkin istehsal 2024-cü ildən 2025-ci ilə köçürülüb.

Proqnozlaşdırılan helikopter istehsalı bir ədəd artaraq 765-ə yüksəlib. “Ansat” helikopterlərinin istehsal planları 201-dən 187-yə endirilib, Mi-8 planları isə 276-dan 303-ə qaldırılıb.

Sənaye və Ticarət Nazirliyindən bildirilib ki, fevralda elan edilmiş dövrlərdəki dəyişikliklər nəzərə alınaraq proqrama dəyişikliklər edilib. Magistral təyyarələrin ümumi sayı eyni səviyyədə qalıb, lakin bazara giriş vaxtı dəyişib. UAC (United Aircraft Corporation) bildirib ki, SSJ-New və MS-21-in çatdırılma müddətləri mühərriklərin və digər komponentlərin tədarükü ilə sinxronlaşdırılır.

Oxunma sayı 165