Rusiya və Çin donanmaları əməkdaşlıq müqaviləsi imzaladılar

09:10 23.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya ilə Çin arasında hərbi və mülki sahədə yaxınlıq onların dəniz qüvvələrinə də çatıb.

Hafta.az-ın yazdığına görə, Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksandr Moiseyev və onun çinli həmkarı Hu Zhongming dənizdə axtarış və xilasetmə sahəsində əməkdaşlıq memorandumu imzalayıblar.

Sazişlərə əsasən, tərəflər Dünya Okeanında təhlükəsizlik və sabitlik naminə iki ölkənin hərbi-dəniz qüvvələri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq strateji məsələlər üzrə ikitərəfli əməkdaşlığı inkişaf etdirəcəklər.

Rusiya Hərbi Dəniz Qüvvələri komandanı Admiral Moiseyevin aprelin 21-də Çinə başlayan rəsmi səfəri Çindaoda keçiriləcək Qərbi Sakit Okean Dəniz Simpoziumunda iştirakı ilə davam edəcək.

Oxunma sayı 205