Rusiya və Çin hərbi ittifaq yaratmır - Putin

13:38 26.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya ilə Çin arasında əməkdaşlıq hərbi ittifaq təşkil etmir. O, bu barədə “Rossiya 24” telekanalının efirində danışıb.

“Biz Çinlə heç bir hərbi ittifaq yaratmırıq. Bəli, bizim hərbi-texniki əməkdaşlıq sahəsində də əməkdaşlığımız var, bunu gizlətmirik”, - deyə dövlət başçısı bildirib.

O qeyd edib ki, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq sahəsində əməkdaşlıq şəffafdır, burada gizli heç nə yoxdur.

Putin Moskva ilə Pekin arasında əməkdaşlığın Qərb ölkələri üçün təhlükə yaratmadığını da vurğulayıb.