Rusiya və Türkiyənin müdafiə nazirləri Suriyanı müzakirə ediblər

18:07 24.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya və Türkiyənin müdafiə nazirləri Sergey Şoyqu və Hulusi Akar Suriyanın şimalındakı vəziyyəti müzakirə ediblər.

Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Türkiyə tərəfinin təşəbbüsü ilə 2022-ci il noyabrın 24-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Türkiyə Respublikasının Milli Müdafiəsi naziri Hulusi Akar arasında telefon danışığı olub. 

Bu danışıqlar zamanı Suriyanın şimalındakı mövcud vəziyyət, həmçinin Qara Dəniz Təşəbbüsünün davam etdirilməsi ilə bağlı müəyyən məsələlər müzakirə edilib.

Oxunma sayı 1498