Rusiyada 1 milyon dollardan çox pulu olanların sayı 1,5 dəfə artıb

10:15 23.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada şəxsi kapitalı 100 milyon rubldan (1,1 milyon dollar) çox olan bank müştərilərinin sayı 2023-cü ildə 1,5 dəfə artıb.

Hafta.az-ın Frank RG şirkətinin məlumatına istinadən yazdığına görə, Rusiyada likvidlik aktivləri 100 milyon rubldan çox olan bank müştərilərinin sayı bu gün 21800-ə yüksəlib.

Bir il ərzində bu şəxslərin ümumi aktivlərində 5 trilyon rubl artım olub.

Yüksək xalis sərvət (HNWI) kateqoriyasında şəxsi kapitalın ümumi həcmi 2023-cü ilin sonuna 13,1 trilyon rubl təşkil edir.

Oxunma sayı 226