Rusiyada orta aylıq əməkhaqqının ən yüksək olduğu iş yerləri müəyyənləşib.
Hafta.az-ın Rusiya Dövlət Statistika Xidmətinin (Rosstat) məlumatına istinadən yazdığına görə, Çukotka və Maqadanda aylıq əməkhaqqı 150 min rubldan (təxminən 1700 dollar) çoxdur.
Konkret olaraq, bu rəqəm Çukotkada 162500 rubl (1840 dollar), Maqadanda isə 150400 rubl (1700 dollar) təşkil edir.
Orta aylıq əməkhaqqı Yamalo-Nenetskdə 149950 rubl (1700 dollar), Moskvada isə 146200 rubl (1650 dollar) təşkil edir.
Ən yüksək aylıq orta əməkhaqqı olan sektorlar aşağıdakılardır:
Maliyyə və sığorta: 194600 rubl (2200 dollar);
Tütün məmulatlarının istehsalı: 192700 rubl (2175 dollar);
Neft və təbii qaz hasilatı: 192500 rubl (2160 dollar);
İnformasiya və telekommunikasiya: 157900 rubl (1780 dollar).