Rusiyada 5 bal gücündə zəlzələ

11:53 21.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Federasiyasının Buryatiya Respublikasının Kurumkanski rayonunda 5 bal gücündə zəlzələ qeydə alınıb.

Hafta.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

Zəlzələ Moskva vaxtı ilə saat 05:56-da baş verib.

Rusiya FHN-in məlumatında deyilir ki, zəlzələnin episentri dənizdən 24 km şimal-qərbdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb, həyati təminat vasitələri normal işləyir.