Rusiyada tətbiq edilən sanksiyalardan sonra daxili turizmdə canlanma davam edir. Ötən il ölkə daxilində edilən turistik səfərlərin sayı 20 faiz artaraq 78 milyona çatıb.
Hafta.az-ın yazdığına görə, Rusiya Turizm Sənayesi Assosiasiyasının məlumatlarına görə, Krasnodar və Moskva rusiyalı turistlər üçün ən populyar daxili istiqamətlərdir.
Keçən il Krasnodara təxminən 18 milyon, Krıma isə 5 milyon turist səfər edib.
Rusiyada daxili tur qiymətlərində ötən illə müqayisədə təxminən 15 faiz artım olub.
“Business FM”in məlumatına görə, 2 ulduzlu otellərin bir gecəlik qiyməti yeməklə birlikdə 2000 -2500 rubl civarındadır.
Bu rəqəm 3 ulduzlu otellərdə 3500 - 4 min rubl, 4 ulduzlu otellərdə 5-6 min rubl, 5 ulduzlu otellərdə isə ən azı 8 min rubl təşkil edir.