Yazını böyüt
Yazını kiçilt
Rusiyada “meymunçiçəyi” virusuna ilk yoluxma faktı təsdiqlənib.
Hafta.az xəbər verir ki, bu barədə "Rospotrebnadzor”dan bildirilib.
Məlumata görə, infeksiya Avropaya səfərdən sonra ölkəyə qayıdan rusiyalıda aşkar edilib. Həmin şəxs Avropadan qayıtdıqdan sonra xəstəliyə xas olan səpgi ilə əlaqədar həkimlərə müraciət edib.
“Rospotrebnadzor” qeyd edib ki, xəstənin təmas dairəsi məhduddur, mütəxəssislər yoluxmuş şəxslə təmasda olan hər kəsin vəziyyətini diqqətlə izləyirlər. Onun xəstəliyi yüngül formada keçir, həyatı üçün təhlükə yoxdur.