Rusiya Federasiyası Hərbi Hava Qüvvələri və Aerokosmik Müdafiə 6-cı Ordusunun keçmiş komandanı Vladimir Sviridov Stavropol diyarındakı evində ölü tapılıb. Yanında bir qadının, ehtimal ki, həyat yoldaşının meyiti də olub. Bu barədə Rusiyanın Baza Telegram kanalı məlumat yayıb.
Bildirilir ki, 68 yaşlı Vladimir Sviridov və onun 72 yaşlı arvadı Tatyana Sviridovanın meyitləri Adjiyevski kəndindəki evlərində tapılıb. İlkin məlumata görə, cütlük təxminən bir həftə əvvəl dünyasını dəyişib.
Qaz xidmətinin işçiləri artıq ölçmələr aparıb və zərərli maddələrin icazə verilən konsentrasiyasını artıqlaması aşkar etməyiblər. Vladimir və Tatyana Sviridovun ölümünə səbəb olan şey hələ də məlum deyil.
Əlavə edək ki, Rusiya ordusunun general-leytenantı Vladimir Sviridov 2005-2009-cu illərdə Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin 6-cı Ordusuna rəhbərlik edib.