Rusiyada dron satışı 20 dəfə artıb

10:33 17.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İlin birinci rübündə Rusiyada internet platformalarında hobbi dronlarının satışı 15-20 dəfə artıb.

Hafta.az-ın yazdığına görə, Moneyplace məlumatlarını yazan “Kommersant” qəzeti satış rəqəmlərini belə açıqlayıb: Ozon üzərindən satılan dronların sayı 15 dəfə artaraq 17600 ədədə çatıb. “Wildberries” satışının artım sürəti isə 20 dəfədir. Satılan dronların sayı 26700 ədəddir.

Qəzetə danışan analitiklər bu cihazların son hücumlara görə daim cəmiyyətin gündəmində olduğunu və bunun satış rəqəmlərini artırmış ola biləcəyini düşünürlər.

“Moneyplace” təmsilçisi Dmitri Yermolayev “Televiziyada davamlı olaraq danışılan şeylər ictimaiyyətin diqqətini cəlb edir” şərhini verib.

Digər tərəfdən, Rusiyanın 50-yə yaxın regionunda dronların uçması qadağan edilib.