Rusiyada immiqrasiya prosedurlarında bürokratiyanın azaldılması üçün yeni təşəbbüs gündəmdədir. Təhlükəsizlik qüvvələrinin mühacirlərlə birbaşa təmasda olmaması və onların bürokratik əngəllərinə görə müvafiq dövlət orqanlarının məsul şəxslərinin cərimələnməsi təklif edilir.
Hafta.az-ın “Nezavisimaya qazeta”ya istinadən yazdığına görə, Daxili İşlər Nazirliyi əcnəbi vətəndaşlarla bağlı fəaliyyətlərində çatışmazlıqlara yol verən dövlət qulluqçularının cəzalandırılmasını təklif edir. Bu qurumların başında pasport və viza xidməti, eləcə də paytaxt Moskvada çoxfunksiyalı immiqrasiya mərkəzi dayanır.
Qeyd olunur ki, Rusiyadakı əcnəbi vətəndaşlar tez-tez ərizələrinin ədalətsiz rədd edilməsindən və məhkəmə prosesində üzləşdikləri bürokratik maneələrdən şikayətlənirlər.
Nazirlik təklif edir ki, əcnəbi vətəndaşların əməliyyatlarını pozan, prosesləri uzadan və ya əməliyyatları yerinə yetirməkdən imtina edən dövlət məmurları cəzalandırılsın.
Rusiyada əcnəbilərin işini ləngidən məmurlar cəzalandırılacaq
12:36 13.03.2023
Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Dünya rubrikasından digər xəbərlər