Yazını böyüt
Yazını kiçilt
“Forbes” jurnalının rus versiyası ölkədə ən çox itki verən şirkətləri müəyyənləşdirib. Jurnalın məlumatına görə, 2022-ci ildə ən çox zərər görən 10 şirkətin ümumi itkisi 1,1 trilyon rubl təşkil edib.
Hafta.az-ın yazdığına görə, ötən il Rusiyada ən çox itirən şirkətlər və onların xalis zərərləri ardıcıl şəkildə belədir: VTB 612,6 milyard rubl, Alfa-bank 117,1 milyard rubl, "Qazstroyprom" 77,6 milyard rubl, "Ozon" 58,2 milyard rubl, GTLK 53 milyard rubl, "Svyaznoy" 48,5 milyard rubl, "Russkiy ugol" 34,2 milyard rubl, VK 32,6 milyard rubl, Moskva metrosu 31,6 milyard rubl, "Poçta Rossii" 31,1 milyard rubl.