Rusiyada ən məşhur xarici mətbəxlər

10:03 25.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada insanlar arasında ən populyar olan və restoranlarda ən çox gəlir gətirən ölkələrin mətbəxləri müəyyən edilib.

Hafta.az-ın yazdığına görə, mşhur restorançı Andrey Tretyakov “Yandex Eda” xidmətinin məlumatlarına əsaslanaraq Rusiyada ən məşhur ölkə mətbəxlərini sıralayıb.

Müvafiq olaraq, Rusiya vətəndaşları daha çox gürcü, italyan, yunan və türk yeməklərinə üstünlük verirlər. Bildirilib ki, ölkədə ən çox sevilən yeməklər pizza, kabab, beze kababı və xaçapuri olub.

Bu gün Moskvada 21 minə yaxın kafe, restoran və barın fəaliyyət göstərdiyini deyən məşhur restorator Rusiya paytaxtında ən çox italyan və gürcü mətbəxinə üstünlük verildiyini, son vaxtlar isə rus mətbəxinin populyarlığının artdığını qeyd edib.