Rusiyada “Halal” sertifikatlı İslam otellərinin sayı artır

09:48 17.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada sertifikatlaşdırma orqanı olan “Roskaçestvo”nun bu yaydan etibarən otellərə “halal” sertifikatı verməsi gözlənilir.

Hafta.az-ın “Moskovski Komsomolets” qəzetinə istinadən yazdığına görə, “halal” sertifikatı əldə etmək üçün otellərin otaqlarında səcdəgahlar və Quran stendləri olmalı, mini barlarında spirtli içkilər saxlanılmamalıdır.

İslam otellərində ibadət otaqları və müxtəlif dillərdə Qurani-Kərim nüsxələri də var.

Bildirilir ki, bəzi böyük otellər islami tələblərə uyğun olaraq yalnız bir mərtəbə, bəzi kiçik otellər isə yalnız İslam mehmanxanası kimi fəaliyyət göstərir.

Oxunma sayı 203