Rusiyada hamilə qadını xilas edən türk mükafatlandırıldı

11:05 04.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İyul ayında Rusiyanın şimal-şərqindəki Maqadan şəhərində hamilə qadını ölümdən qurtaran türk inşaat işçisi İmam Atalay mükafata layiq görülüb.

Hafta.az-ın yazdığına görə, Rusiya İstintaq Komitəsinin Maqadan Regional Müdirliyinin bölmə müdiri Aleksandra Prosina mərasimdə hamilə qadının xilas edilməsində göstərdiyi xidmətə görə Atalaya qurumun “İgidlik və Şücaət” medalını təqdim edib.

Qurumdan verilən məlumata görə, Atalay Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikinin göstərişi ilə mükafatlandırılıb.

İyulda Maqadan liman şəhərində iki nəfər şəxsən tanıdıqları hamilə qadını Ola çayına atıblar. Maqadanda yeni hava limanının tikintisində çalışan türkiyəli inşaat işçisi İmam Atalay çayda balıq tutarkən hadisənin şahidi olub və suya atılaraq hamilə qadının həyatını xilas edib.

Oxunma sayı 183