Rusiyada koronavirusa gündəlik yoluxma sayı 40 mini keçib

13:07 24.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada son sutka ərzində 40 231 nəfər koronavirusa yoluxub.

Hafta.az-ın məlumatına görə, ötən gün 30 967 yoluxma qeydə alınmışdı.

Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 19,22 milyon nəfəri keçib.

Eyni zamanda son sutkada 72 nəfər koronavirusun qurbanı olub. Bu, iyunun 11-dən bəri qeydə alınan ən yüksək göstərici olub.

Əvvəlki gün bu rəqəm 69 nəfərə bərabər idi.

Rusiyada bu günədək koronavirusdan 383 758 nəfər vəfat edib.