Rusiyada koronavirusa yoluxanların sayı 20 mini keçdi

12:42 14.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada koronavirusa yoluxma göstəriciləri artıb.

Hafta.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 2 774 nəfər koronavirusa yoluxub. Daha 22 nəfər isə virusdan həyatını itirib.

Bu günə qədər Rusiyada 21 102 nəfər koronavirusa yoluxub, infeksiyadan ölənlərin sayı 170 nəfərə çatıb.

Ümumilikdə, 1 694 nəfər sağalıb, 19 238 nəfərin müalicəsi davam edir.