Rusiyada koronavirusa yoluxanların sayı 9 milyonu keçib

14:11 13.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada koronavirusa yoluxanların sayı 9 milyon nəfəri ötüb.

 

Hafta.az-ın məlumatına görə, son sutka ərzində 39 256 nəfər koronavirusa yoluxub.

Daha 1 241 nəfərin ölümü qeydə alınıb. Bu, pandemiya dövründə qeydə alınan ən yüksək göstərici olub. Xatırladaq ki, bir gün əvvəl 1 235 nəfər həyatını itirmişdi.

 

Bugünədək Rusiyada koronavirusa yoluxanların sayı 9,03 milyon nəfəri ötüb. Ölənlərin sayı isə 254 167 nəfərə çatıb.