Rusiyada koronavirusdan ölənlərin sayı 747 nəfərə çatıb

13:57 26.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada son sutka ərzində yeni növ koronavirusa daha 6 361 nəfər yoluxub.

Hafta.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 80 949 nəfərə çatıb.

Bildirilir ki, koronavirusa yoluxma halları ölkənin 85 regionunda qeydə alınıb. Ötən sutka ərzində 517 nəfər, ümumilikdə isə 6 767 nəfər koronavirusdan sağalıb.

Qeyd edilir ki, son sutka ərzində koronavirusdan 66 nəfər, ümumilkdə isə 747 nəfər dünyasını dəyişib.