Rusiyada kredit borcunu ödəməyənlərin sayı 18 milyon nəfərə çatdı

10:17 23.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada kredit borcunu ödəməyənlərin sayı bu ilin birinci yarısında 17,7 milyon nəfərə yüksəlib. Ötən ilin eyni dövründə bu göstərici 14,4 milyon nəfər olub.

Hafta.az-ın “İzvestiya” qəzetinə istinadən yazdığına görə, bu dövrdə bankların yığmağı planlaşdırdıqları kredit borclarının məbləği 2,4 trilyon rubldan 2,5 trilyon rubla yüksəlib.

Kredit götürənlərin ən çox olduğu yerlər Moskva, Çelyabinsk, Sverdlov, Başqırdıstan, Krasnodar və Krasnoyarskdır.

Alıcılıq qabiliyyətinin azalması, vergi və faktura borcları və yüksək kredit yükü bu cədvəlin əsas səbəbləri kimi göstərilir.