Rusiyada LGBT təbliğatını qadağan edən qanunlar paketi qəbul edildi

17:41 24.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Dövlət Duması üçüncü, yekun oxunuşda LGBT təbliğatını, pedofiliyanın təbliğatını, həmçinin LGBT məlumatlarının nümayişini və yeniyetmələr arasında cinsiyyətin dəyişdirilməsini təşviq edən məlumatların nümayişini qadağan edən qanunlar paketini qəbul edib.

Qanun Rusiya vətəndaşları, həm böyüklər, həm də yetkinlik yaşına çatmayanlar arasında qeyri-ənənəvi cinsi münasibətlərin və ya üstünlüklərin, o cümlədən pedofiliyanın təbliğatını qadağan edir.
Qanuna görə, yeniliklər internetə, mediaya, kitablara, audiovizual xidmətlərə, kinoya və reklamlara təsir edəcək.

Bundan əlavə, qeyri-ənənəvi cinsi əlaqələri və ya üstünlükləri nümayiş etdirən məlumatları ehtiva etməməli olan reklam tələbləri genişlənir.

Oxunma sayı 1344