Rusiyada məşhur universitetlərin qiyməti

09:57 30.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada universitet tələbələrinin yarıdan çoxu pulla oxuyur.

Hafta.az-ın “Novye İzvestiya” portalına istinadən yazdığına görə, son 5 ildə təhsil xərcləri 14-66 faiz artıb.

Portal aparıcı universitetlərin təhsil haqlarını da sadalayıb. Buna əsasən, Ali İqtisadiyyat Məktəbinin (VSE) illik təhsil haqqı 555673 rubl (6250 dollar);

Xarici Əlaqələr Universitetində (MGIMO) təhsilhaqqı 670648 rubl (7570 dollar) təşkil edir;

Moskva Dövlət Universitetində təhsilhaqqı 429135 rubl (4850 dollar) olub.

Portal ölkədə təhsil alan universitet tələbələrinin sayının 4 milyondan çox olduğunu vurğulayır.