Rusiyada orta gəlir 600 dollardan azdır

09:50 24.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Maliyyə Nazirliyi mütərəqqi vergi tənzimlənməsinin vətəndaşların əksəriyyətinə təsir etməyəcəyini açıqlayıb.

Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, 2023-cü ildə adambaşına ayda 100 min rubldan (1100 dollar) çox qazananların nisbəti cəmi 11,2 faiz təşkil edir. Əhalinin 26,2 faizinin ayda 27 ilə 45 min rubl arasında gəliri var.

“Rosstat”ın məlumatına görə, qəzet əhalinin 1 faizinin aylıq gəliri 7 min rubl və ya daha az olduğunu göstərir.

2023-cü ilə qədər ölkədə adambaşına düşən aylıq gəlir 53100 rubl, yəni 587 dollar təşkil edir. “Median” adlanan və əhalini yarıya bölən orta göstərici cəmi 40100 rubl təşkil edir.

Oxunma sayı 154