Yazını böyüt
Yazını kiçilt
Rusiyada sənaye optimizmi indeksi yeddi aylıq artımdan sonra bir qədər azalıb. Qaydar İnstitutu qeyd edib ki, azalma yalnız artımın yavaşlaması anlamına gəlir və müsbət mənzərə davam edir.
Hafta.az-ın "Kommersant" qəzetinə istinadən yazdığına görə, satışlarının normal səviyyədə olduğunu bildirən sənaye müəssisələrinin nisbəti yüzdə 75-ə yüksəlib, bunun əksini bildirənlərin nisbəti isə yüzdə 25-ə düşüb.
Sorğu hasilatın artımını gözləyən sənaye müəssisələrinin nisbətinin bir qədər azaldığını, lakin yenə də əksəriyyət təşkil etdiyini göstərib.
Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən və onun ardınca tətbiq edilən sərt sanksiyalardan bir il sonra sənaye nikbinliyi indeksi ötən mart ayında son 12 ayın ən yüksək səviyyəsinə yüksəlib.