Rusiyada son bir gündə 511 nəfər virusun qurbanı oldu

15:18 20.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada son bir gündə daha 28 948 nəfərə COVID-19 diaqnozu qoyulub.

 

Hafta.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

 

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 848 377 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 511 nəfər artaraq 50 858-ə yüksəlib.

 

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 275 657 nəfər sağalıb.