Rusiyada toy etmək üçün minimum nə qədər pul lazımdır?
Hafta.az-ın “İzvestiya” qəzetinə istinadən yazdığına görə, “Yoomoney” və “Çeç İndeksi”nin məlumatları araşdırılıb. Buna görə, 1 aprel - 31 may tarixləri arasında Rusiyada gəlinlik satışları keçən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artıb. Gəlinlik paltarının orta qiyməti 5 faiz artaraq 26710 rubl (510 manat) olub.
Eyni dövrdə bəy kostyumu satışları 8 faiz artarkən, bu məhsulun orta qiyməti 5 faiz artaraq 7510 rubl (144 manat) olub.
Nikah üzüyünün qiymətləri də yüzdə 5 artaraq 8740 rubla (167 manat) çatıb.
Rusiyada orta hesabla ən aşağı toy xərci 5 faiz artaraq 55069 rubl (1050 manat) olaraq qeyd edilib.
Son illər ölkədə populyarlaşan “qonaqsız, iki nəfərlik toy” konsepsiyasına tələbat da artır. Bu səbəbdən restoranlarda toy təşkilatlarına edilən ödənişlər artarkən, orta göstərici azalıb.
Bal ayı turlarının orta qiyməti 23 faiz artaraq 48241 rubl (920 manat) olub.