Rusiyada yaşayış binasında partlayış olub, ölənlər var

11:38 08.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Moskva vilayətinin Noqinsk şəhərində yaşayış binasında partlayış olub.

Hafta.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi rəisinin köməkçisi Anna Tertiçnaya TASS-a bildirib ki, partlayışda bir kişi və bir qadın həlak olub, beş nəfər yaralanıb. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

O, yaralılar arasında uşaqların olduğunu da bildirib.