Rusiyada yol qəzasında ölənlərin sayı 16 nəfərə çatıb

20:30 21.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ulyanovsk vilayətində sərnişin avtobusunun iki yük maşını ilə toqquşması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Hafta.az xəbər verir ki, bu barədə Rusiya DİN-in Ulyanovsk vilayəti üzrə idarəsindən məlumat verilib.

Hadisə avqustun 21-də gündüz saatlarında “Ural” avtomobil yolunun Nikolayevsk rayonundan keçən hissəsində baş verib. Yük avtomobili qarşı yola çıxaraq “Mercedes” markalı mikroavtobusla toqquşub. Nəticədə sərnişin avtobusu iki yük maşının arasında qalaraq əzilib.

Əvvəlcə avtobusun sərnişinlərinin Qazaxıstan vətəndaşları olduğu qeyd edilib. Qazaxıstan XİN-in rəsmi nümayəndəsi bu xəbəri təkzib edərək qəzada ölənlər arasında bu ölkənin vətəndaşlarının olmadığını bildirib.