Rusiyadakı yanğında 11 nəfər öldü

14:51 25.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Kemerovo vilayətində kömür mədənlərinin birində yanğın baş verib.

 

Hafta.az xəbər verir ki, şaxtada yanğın nəticəsində ölənlərin sayı 11-ə çatıb.

 

Fövqəladə Hallar Nazirliyi hadisə zamanı şaxtada 285 nəfər olduğunu, onlardan 236-nın artıq evakuasiya edildiyi barədə açıqlama yayıb.


Qeyd edək ki, təxliyə davam edir.