Rusiyadan gələn avtomobildə qanunsuz spirtli içkilər aşkarlanıb

10:39 24.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyadan gələn nəqliyyat vasitəsində spirtli içkilər aşkar edilib.

Dövlət Gömrük Komitəsindən hafta.az-a verilən məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Volvo” markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Yoxlama zamanı avtomobilin kabinasında, əşyaları qoymaq üçün nəzərdə tutulan yerlərdə gizlədilən və gömrük nəzarətinə bəyan edilməyən 25 ədəd müxtəlif adda, qablaşdırmada olan spirtli içkilər aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.