Rusiyalı deputatdan şok təklif – “Stalin repressiyalarını geri qaytaraq”

17:58 25.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Andrey Qurulev 1946-cı ildən başlayaraq 9 il düşərgələrdə qalan babası haqqında danışıb və Stalin repressiyalarına qayıtmağa çağırıb. O, bu barədə “Vladimir Solovyovla tam əlaqə” verilişinin efirində bildirib.

“Babam sonradan reabilitasiya olundu. Biz başa düşürük ki, o zaman dövlətdə bunu etmək lazım idi. Bəli, bunlar səhvlər idi, amma nizam-intizam var idi”, - deyə deputat qeyd edib.

Qurulevin fikrincə, indi Rusiyada da “xalq düşməni” anlayışı bərpa edilməlidir.