Rusiyalı sülhməramlılar faktiki olaraq 10 Noyabr Üçtərəfli sazişindən irəli gələn bir çox muddəaları yerinə yetirmirlər. Onlar burada Rusiyanın siyasətini deyil, erməni diasporunun tələblərini yerinə yetirirlər.
Bu fikirləri hafta.az-a politoloq Tahir Cəfərli deyib. Onun sözlərinə görə, aydındır ki, rusiyalı sülhməramlılar pula satılan hərbçilərdir:
"Əslində onlar Üçtərəfli sazişdən irəli gələn nə varsa, hamısına əməl etməlidirlər. Ancaq gecikirlər. Rus sülhməramlılarının yerləşdiyi ərazini ermənilər kimi adlandırması Rusiyanın siyasətinə uyğun deyil. Rusiya rəhbərləri “Stepanakert”i Xankəndi adlandırırlar. Bu o deməkdir ki, əvvəl-axır belə olacaq...
Aydındır ki, Qarabağda hələ də qanunsuz erməni silahlı dəstələri gizlənir. Məqsədləri isə Qarabağda yeni müharibə qaynatmaqdır. Müharibənin bərpası isə Rusiyanın fövqəldövlət kimi imicini heçə endirə bilər. Belə olduğu halda Minsk Qrupunun oyunları başlaya bilər. Sülhməramlılar erməni provakasiyalarının qarşısını almaq və tranzit yollarını işə salmaq üçün əllərindən gələni etməlidirlər..."