Rusiyanın BMT-dəki əsas müttəfiqi bu ölkədir

12:36 05.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Çin Rusiya üçün BMT-nin əsas müttəfiqinə çevriləcək. Hafta.az bildirir ki, bu barədə beynəlxalq “Financial Times” qəzeti yazır.

“Çin Rusiyanın iqtisadi fəaliyyət göstərməsi üçün getdikcə daha vacib rol oynayacaq. Ölkə həm dəBirləşmiş Millətlər Təşkilatında və digər qlobal forumlarda əsas müttəfiqə çevriləcək.

Çin Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib. Çin lideri Xi Jinping və Putin dekabr ayında iki ölkənin səyləri ilə ədalətli dünyanın formalaşması barədə razılığa gəliblər. Federal İnformasiya Agentliyi xəbər verir ki, ABŞ Rusiya və Çinlə silahlı qarşıdurmadan ehtiyat edir.