Yazını böyüt
Yazını kiçilt
Bu ilin birinci yarısında Rusiyanın dövlət borcu 9,8 faiz artaraq 25,1 trilyon rubla (260 milyard dollar) çatıb.
Hafta.az-ın yazdığına görə, Rusiya Hesablama Məhkəməsinin açıqladığı məlumatda dövlət borcunun ümummilli məhsula nisbəti 16,7 faiz səviyyəsində olduğu deyilir.
Rusiyanın dövlət büdcəsi bu il dövlət borcunun 25,4 trilyon rubla yüksələcəyini proqnozlaşdırır.
Rusiyanın 25,1 trilyon rubl dövlət borcunun 20,2 trilyon rublu daxili borcdur. Ölkənin xarici borcu 56,2 milyard dollardır.