Rusiyanın Ermənistandakı hərbi bazasının anbarında yanğın baş verdi

18:39 12.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın Gümrü şəhərindəki 102-ci Rusiya hərbi bazasının ərazisində yanğın başlayıb.

 

Hafta.az xəbər verir ki,  Tert.am saytının yaydığı məlumata görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ot səthində yanğın baş verməsi haqda məlumat iyulun 12-də saat 15:55 radələrində Şirak regional böhran vəziyyətlərində idarəetmə mərkəzinə daxil olub.

Fövqəladə Hallar Nazirliyinin rayon xilasetmə hissəsinin yanğından mühafizə və xilasetmə dəstəsinin 2 heyəti hadisə yerinə yola düşüb.

Məlum olub ki, bazadakı tikinti materialları anbarı yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, sahəsi təxminən 500 kvadratmetr olan tikinti materialları anbarının dam örtüyü yanıb.

İkinci səviyyəli yanğın elan edilib. Əraziyə yanğınsöndürmə və xilasetmə briqadasının daha iki heyəti yola düşüb.