ABŞ-ın Rusiya prezidenti Vladimir Putin tərəfindən yaradıldığı iddia edilən “kölgə donanması”na qarşı sanksiyalara başlamasından sonra Rusiyanın neft ixracı 75 faiz azalıb.
Hafta.az-ın "Bloomberg"ə istinadən yazdığına görə, 13-19 noyabr həftəsi ərzində Rusiyanın dəniz limanlarından tankerlərlə gündə 2,7 milyon barel neft daşına bilər. Bu həcm son üç ayda ən aşağı səviyyə hesab olunur.
İxrac həcmi əvvəlki həftə ilə müqayisədə gündəlik 580 min barel azalarkən, neftə tətbiq edilən gömrük rüsumlarının məbləği 68,1 milyon dollara (əvvəlki həftədə 82,2 milyon dollar idi) düşərək ötən sentyabrın sonundan bəri ən aşağı səviyyəyə enib.
13-19 noyabr həftəsində Rusiyadan Hindistan və Çinə neft ixracı avqust ayından bəri ən aşağı səviyyəyə düşüb.
Çox maraqlıdır ki, Rusiya neftinin Türkiyəyə ixracı həftədə 400 min barrellə eyni səviyyədə qalıb.